ARDNF: Hər hansı qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilib

ARDNF: Hər hansı qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilib

Bakı. Trend:

Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin qurulması zamanı, eləcə də onun gəlirliliyinin və risklərinin qiymətləndirilməsini apararkən beynəlxalq ən yaxşı təcrübəyə müvafiq olaraq hər hansı bir əqdin risk və gəlirlilik göstəriciləri əsas götürülməklə deyil, bu işi bütün investisiya portfeli səviyyəsində icra edir.

Trend-in məlumatına görə, bu son günlər ARDNF-in investisiyaları ilə bağlı yer alan qərəzli fikirlər barədə xəbərlərə fondun açıqlamasında deyilir:

Məlumatda qeyd edilir: "Buna müvafiq olaraq, ARDNF-nin bugünkü investisiya portfeli aktiv növləri, strategiyalar, regionlar, ölkələr və valyutalar da daxil olmaqla fərqli parametrlər üzrə kifayət qədər şaxələndirilmişdir və bu baxımdan Fondun icra etmiş olduğu hər hansı bir konkret əqdin üzləşə biləcəyi qısamüddətli mənfi şokların ümumi portfelin gəlirliliyinə təsiri minimuma endirilmişdir. Digər tərəfdən, şəffaflıq göstəricilərinə görə dünyanın ən öndə gedən suveren fondlarının biri olaraq ARDNF investisiya portfelinin tərkibi və invidual investisiyalar da daxil olmaqla portfel ilə bağlı bütün məlumatları ictimaiyyətə açıqlayır.

Yuxarıda qeyd olunanlara müvafiq olaraq ARDNF-nin daşınmaz əmlak portfeli də regionlar, sektorlar və strategiyalar üzrə birbaşa, fondlar və müştərək investisiyalar vasitasilə daha da diversifikasiya olunmuş tərkibə malikdir. Bu da öz növbəsində, daşınmaz əmlak portfelinin bir hissəsi itkilərlə üzləşdiyi halda portfelin digər hissələrindən əldə edilən gəlirlər hesabına ümumi müsbət gəlirliliyin qorunub saxlanılmasına töhfə verir. Qeyd edilən uğurlu diversifikasiya siyasətinin nəticəsidir ki, ötən ilin nəticələrinə əsasən daşınmaz əmlak portfelinin 2018-ci il üzrə məzənnə fərqi nəzərə alınmadan gəlirliliyi 9,9% təşkil etmişdir. Daşınmaz əmlak portfelinin gəlirliliyi ilə bağlı daha ətraflı məlumat ilə aşağıdakı cədvəldə tanış olmaq olar:

Portfelin hissəsi

Daşınmaz əmlak portfelin-dəki çəkisi

İl ərzində əldə edilən gəlirlilik (məzənnə fərqi nəzərə alınmadan)

İl ərzində əldə edilən gəlirlilik (ABŞ dollarında)

İnvestisiya başlanılandan keçən ilin sonuna qədər gəlirlilik (məzənnə fərqi nəzərə alınmadan)

İnvestisiya başlanılandan keçən ilin sonuna qədər gəlirlilik (ABŞ dollarında)

Birbaşa investisiyalar

47,4%

1,48%

-3,26%

32,4%

13,36%

Fond investisiyaları

34,5%

15,76%

13,18%

47,01%

44,13%

Müştərək investisiyalar

15,4%

42,03%

42,03%

39,13%

52,66%

Borc öhdəliklərinə yatırım edən fondlar

2,7%

13,81%

13,76%

13,81%

14,88%

Ümumi portfel

9,9%

6,06%

48,83%

28,55%

Digər tərəfdən, uzunmüddətli dövrdə özünü doğruldan aktiv növü olaraq daşınmaz əmlak investisiyalarının gəlirliliyi haqqında fikirlər hansısa bir ilin nəticələrini yox, tam investisiya periodunu nəzərdə tutmalıdır. Belə ki, ümumilikdə daşınmaz əmlak yatırımlarına başlanılandan (2012-ci ildən) 2018-ci ilin sonuna qədər orta illik gəlirlilik məzənnə fərqi nəzərə alınmadan təxminən 6,65% olmuşdur ki, bunun əsasında da ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu demək mümkündür.

ARDNF-nin Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən daşınmaz əmlak obyektinin 2018-ci ildə müşahidə olunan gəlirliliyinə gəldikdə isə, qeyd etmək istərdik ki, daşınmaz əmlak obyektinin dəyərinə təsir edən ən vacib amillərin arasında obyektin icarəyə verilmiş hissəsi, onun hazırkı icarədarlarının kimliyi, icarə müddətinin sonuna qalan vaxt xüsusi yer tutur. Buna uyğun olaraq icarədarların icarə müqaviləsinə xitam verməsi baş tuta bilən haldır ki, bu da daşınmaz əmlak obyektinin qiymətinə əsaslı təsir göstərə bilər. Lakin bu kimi təsir müvəqqəti xarakter daşıyır və əmlaka yeni icarədarlar cəlb edildikdən sonra onun qiyməti artım nümayiş etdirir.

London daşınmaz əmlak obyektinin icarədarı olan icarənin bitmə müddətinin sonu 2023-cü il olmasına baxmayaraq HSBC bankının daxili strateji planına əsasən bank 2018-ci ilin ortasında icarə müqaviləsinə vaxtından əvvəl xitam vermək qərarına gəlmişdir ki, bunun nəticəsində də ARDNF-yə 34,7 milyon funt sterlinqi həcmində vəsait ödənilmişdir. Hal-hazırda binada icarədarın olmaması binanın təmirinə münbit şərait yaradır ki, bunun nəticəsində binanı daha əlverişli şərtlərlə icarəyə vermək imkanı yaranacaq. Sözügedən təmirin yekunlaşdırılması 2020-ci ilin sonuna nəzərdə tutulub. Təbii ki, yuxarıda da qeyd olunduğu kimi, daşınmaz əmlak obyektinin qısamüddətli dövrdə icarədarsız qalması səbəbindən 2018-ci ilin sonunda aparılan qiymətləndirmə nəticəsində binanın dəyəri azalıb, lakin Londonun tarixi mərkəzində yerləşən bir daşınmaz əmlak obyekti olaraq, yeni icarədarların cəlbindən sonra binanın dəyərinin yüksəlməsi gözlənilir. Bundan əlavə olaraq qeyd edilməlidir ki, bu daşınmaz əmlak obyektindən gələn gəlirlilik investisiya ediləndən indiki dövrədək ingilis funt sterlinqində 4,4% təşkil etmişdir və bu da obyektin yerləşmə yeri və digər xüsusiyyətləri nəzərə alınmaqla kifayət qədər yaxşı göstəricidir.

Rusiyanın Moskva şəhərində Tverskaya 16 ünvanında yerləşən daşınmaz əmlak obyektinə gəldikdə isə, qeyd etmək istərdik ki, bu obyektdə də müvafiq təmir işləri aparılmaqdadır. Belə ki, obyektin ticarət hissəsi təmir işləri ilə təkmilləşdirmədən sonra tam olaraq H&M şirkətinə icarəyə verilmişdir. Hal-hazırda isə obyektin ofis hissəsində təmir işləri davam etməkdədir və bu işlərin yaxın gələcəkdə yekunlaşması nəzərdə tutulub. Təbii ki, bu işlər başa çatdıqdan və yeni icarədarlar cəlb edildikdən sonra obyektin dəyərinin artımı gözlənilir.

Digər tərəfdən, son illərdə rus rublunun digər valyutalara qarşı məzənnəsində müşahidə olunan volatillik də Rusiya bazarında bir çox aktivlərin, eləcə də daşınmaz əmlak obyektlərinin xarici valyutada ifadə olunan qiymətlərinə mənfi təsir etmişdir. Buna müvafiq olaraq, qeyd olunan səbəbdən ARDNF-nin Rusiyada sahib olduğu daşınmaz əmlak obyektinin də xarici valyutada ifadə olunan zərərinin böyük hissəsini valyuta itkisi təşkil etmişdir. Qeyd olunanlara əlavə olaraq bildirmək istərdik ki, adıçəkilən daşınmaz əmlak obyektinin yerləşmə yerinin əlverişliliyi və digər amilləri nəzərə alaraq uzunmüddətli dövrdə bu obyektin gəlirliliyinin yüksələcəyinə inanırıq.

Eyni zamanda vurğulamaq istərdik ki, kifayət qədər diversifikasiya edilmiş daşınmaz əmlak portfelinin cəmi 2,2%-ni təşkil edən daşınmaz əmlak obyektinin mənfi gəlirliliyinə baxmayaraq ümumi daşınmaz əmlak portfelinin gəlirliliyi 2018-ci ildə 9,9% təşkil etmişdir.

Aktivlərinin həcmi 15 trln rubla yaxın (Rusiya bazarında 16,2% pay ilə ikinci yer), 77 mindən çox işçisi olan VTB Bank Rusiya Federasiyasının sistem əhəmiyyətli banklarından biridir və ölkənin makroiqtisadi artım templərinin bankın vəziyyətinə birbaşa təsiri mövcuddur. 2018-ci il Rusiyada iqtisadi aktivliyin artması (ÜDM artım tempi 2,3%), ölkənin maliyyə dayanaqlılığının möhkəmlənməsi (neftin qiymət dəyişkənliyinin iqtisadi artım tempinə təsirini azaltmaq üçün təqdim olunmuş yeni büdcə qaydası) ilə səciyyələnmişdir. Qeyd olunan iqtisadi artım öz növbəsində bank sektorunda da müsbət tendensiyalarla müşahidə olunmuşdur. VTB Bankın bütün istiqamətlərdə bazar mövqeyi və payı möhkəmlənmişdir. 2018-ci il VTB Bank üçün mütləq rəqəmlər (mənfəətin və aktivlərin artması, kredit portfelində müsbət dinamika və s.) baxımından uğurlu il olsa da, təəssüf ki, bankın bazar dəyərində azalma tendensiyası müşahidə olunmuşdur. Qeyd etmək olar ki, 2018-ci il qlobal səhm bazarları üçün ümumiyyətlə uğurlu il olmamışdır və bütün aparıcı ölkələrdə səhm investorları itkilərlə üzləşmişdir. VTB Bankın səhmlərinin qiymətinin düşməsi analitiklər tərəfindən müxtəlif səbəblərlə əsaslandırılsa da, əsas makroiqtisadi səbəblərdən biri Rusiya Mərkəzi Bankının sərt monetar siyasət ve prudensial nəzarət həyata keçirməsi ilə əlaqədardır. İlin əvvəlində Mərkəzi bank əsas uçot dərəcəsini aşağı salmağa başlasa da, ilin ikinci yarısından etibarən inflyasiya dərəcəsinin artması fonunda uçot dərəcələrini yenidən qaldırmağa başlaması (ilin sonuna 7,75% təşkil etmişdir), eləcə də ƏDV-nin artmasının (2019-cu ilin yanvar ayından 20%-ə qədər) yaratdığı neqativ gözləntilər bankın səhmlərinin qiymətinə öz mənfi təsirini göstərmişdir. Digər bir önəmli məqam Mərkəzi Bank tərəfindən “Bazel III” standartının tətbiq olunması ilə əlaqədardır. Bu standartın ani olaraq tətbiq olunmasının VTB Bankın kapital yetərliliyi üzərində əhəmiyyətli təzyiqlər yaradacağı (və hətta əlavə kapital cəlb etməyə məcbur olacağı gözlənilirdi) gözləntiləri maliyyə birjalarında bankın səhmləri üzərində əlavə mənfi təzyiqlər yaratmışdır.

Bundan savayı, Rusiya Federasiyasına qarşı tətbiq olunan beynəlxalq maliyyə sanksiyalarının Rusiya dövlət bankları üçün beynəlxalq maliyyə bazarlarından ucuz kapital cəlb etmə imkanını faktiki olaraq yoxa endirməsi və sanksiyaların davam etməsi ( məs. Rusiyanı SWIFT sistemindən ayırma) fonunda VTB Bankın səhm qiymətlərində volatilliyin hələ müəyyən müddət davam edəcəyini gözləmək olar.

Sonda bir daha qeyd etmək istərdik ki, ARDNF-nin investisiya strategiyasının mahiyyətinə uyğun olaraq yatırımlar qısamüddətli dövrdə spekulyativ məqsədlər üçün deyil, məhz uzunmüddətli dövr üçün nəzərdə tutulur ki, onların da səmərəliliyinin qiymətləndirilməsində bu amil nəzərə alınmalıdır.

Fondun investisiya fəaliyyəti barədə bu sahədə təcrübəsi olmayan, portfel idarə edilməsi sahəsində məlumatsız bəzi şəxslər tərəfindən səriştəsiz “təhlillərin” aparılması, həqiqəti əks etdirməyən məlumatların Fondla dəqiqləşdirilmədən ictimaiyyətə çatdırılması Fonda qarşı qarayaxma kampaniyasının aparıldığının və qərəzli mövqeyin göstəricisidir".

Metro avqustun 31-dək işləməyəcək
Metro avqustun 31-dək işləməyəcək
Rayonlara yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq
Rayonlara yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Loading Bars
Xəbər lenti
Beyrutda güclü partlayış olub, ölənlər var (VİDEO) (ƏLAVƏ OLUNUB)
Metro avqustun 31-dək işləməyəcək
Bu şəxslər xidməti vəsiqələr əsasında rayonlara gedə bilərlər
ADY: Bakı-Tbilisi-Qars üzrə yükdaşımaların həcmi 127 min tondan çox artıb
Pakistanda “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramına start verilib (FOTO)
Elçin Əhmədov: Azərbaycan diasporunun əlaqələndirilmiş fəalliyyəti erməni lobbisini çətin vaziyyətə saldı
Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb
DGK və ASK arasında Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib (FOTO)
Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq edilib
AQTA ictimai iaşə müəssisələrinin nümayəndələri üçün videokonfrans keçirib (FOTO)
AZAL Çinin aparıcı həkimlərini Bakıya çatdırdı (FOTO)
Sevinc Həsənova: Dövlət büdcəsində nəzərdə tutulan azalmaların əhaliyə heç bir təsiri olmayacaq
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və təmir işləri ilə tanış olub (FOTO)
Samir Şərifov: Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb
XİN: BMT Baş Assambleyasında COVID-19-a həsr olunmuş xüsusi sessiya davam edir
Dövlət büdcəsinə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə edildi (FOTO)
Deputatlarımız Belarusda Prezident seçkilərini müşahidə edəcəklər
AQTA əməkdaşları əkin sahələrində fitosanitar müşahidələr aparıblar
Avqustun 5-də dolların manata qarşı məzənnəsi
MTRŞ-nın videoformatda iclası keçirilib
BNA əlavə olaraq 5 ekspres xətt təşkil edir
İngiltərədə “McDonald’s” restoranı bağlandı - İşçilər karantinə alındı
Monteneqro Azərbaycanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısına daxil edib
Azərbaycanda daha 226 nəfər koronavirusa yoluxdu, 588 nəfər sağaldı, 5 nəfər öldü
Vüqar Rəhimzadə: İşğalçı dövlətə «dur!» deməyin zamanı çoxdan çatıb
Azərbaycanda 2 idman kompleksi modul tipli xəstəxanaya çevrilir
Vüqar Məmmədov: Azərbaycanın diaspor siyasətinin ən mühüm istiqaməti birləşmə, fəaliyyətin mərkəzləşdirilməsi və təşkilatlanmadır (MÜSAHİBƏ)
Şəffaflıq və optimallaşdırma DSMF-yə transferti daha 238 mln. manat azaldıb
Ədalət Vəliyev partiya sədri Asim Mollazadə ilə görüşüb
AXCP və "Milli Şura"nın növbəti qeybətxana şousu: Karantinə görə insanların narahatlığı artır, bu da bizə sərf edir...
Türkiyə Milli Müdafiə Nazirliyi Liviya ilə bağlı açıqlama yaydı
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
ABŞ-da futbolçunun evində atışma: Yaralılar var
Prezident İlham Əliyev Yasamalda salınacaq yeni parkla bağlı: Göstəriş verdim ki, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin
Zaqatalada içməli suyun verilməsi bərpa olunub
Prezident İlham Əliyev: Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər
Nurlanə Əliyeva: Bəxtəvər bəstəkar - əməkdar incəsənət xadimi Qəmbər Hüseynli (FOTO)
İstifadəyə yararlı çimərliklər hansılardır? - MONİTORİNQ
Qazaxda yeni məktəb binası tikiləcək - SƏRƏNCAM
10 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Fəttah Heydərovun vəfatı ilə bağlı nekroloq imzalayıblar
Samir Şərifov: Pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyyə balansının pisləşməsinə səbəb olub
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
Qazaxda içməli su və kanalizasiya problemi həll edilir (FOTO)
Rayonlara yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər buraxılacaq
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
“Torino”nun baş məşqçisi istefa verib
TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər
Anar Əliyev: İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban sovqatları paylanılıb (FOTO)
Yardımlıda "VAZ" yanıb
DSMF-nin gəlir və xərclərinin azalma səbəbi açıqlanıb (FOTO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub
PAŞA Sığorta KASKO sığortası üzrə yeni endirim kampaniyasına start verir
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
İranda daha 212 nәfәr koronavirusdan ölüb
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Masazırda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Türkiyədə zəlzələ baş verib
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar (FOTO) (YENİLƏNİB)
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 35 dərəcəyə qədər isti olacaq
Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
Yumşalma prosesi tədricən olmalı, sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır - Deputat
AQTA ictimai iaşə müəssisələrinə müraciət etdi
Bolqarıstanda erməni əslli faşist Qaregin Njdeyə film çəkilib və heykəl ucaldılır (VİDEO)
Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır
Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)
Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb
Azyaşlı azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib
Fransa mətbuatında Elçin Əmirbəyovla Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş müsahibə dərc edilib
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub (ƏLAVƏ OLUNUB)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb
Azərbaycan nefti bahalaşır
Kürdəmirdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib (FOTO)
Rusiyada koronavirusa yoluxanların sayı 860 min nəfəri keçib
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir (FOTO)
Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir
Meksikanın nüfuzlu mətbuat orqanı Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edib
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib
Bir neçə rayona leysan yağıb, çaylardan sel keçib
Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək
Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb
Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib
Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir
Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı
Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb
Göyçayda mal-qara oğruları saxlanılıb
Qazax sakini ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib öldürdü
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
Azərbaycanda qızıl və gümüş bahalaşıb
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri
Bütün xəbərlər