...

PAŞA Bankın dəstəyi ilə Azərbaycanda ikinci "DevOpsDays Baku" konfransı keçiriləcək

Maliyyə Materials 8 Sentyabr 2020 14:34 (UTC +04:00)
PAŞA Bankın dəstəyi ilə Azərbaycanda ikinci "DevOpsDays Baku" konfransı keçiriləcək

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bankın və SUP.VC Akselerasiya Mərkəzin dəstəyi ilə Azərbaycanda növbəti dəfə “DevopsDays Baku” beynəlxalq konfransı keçiriləcək.

“DevOpsDays” beynəlxalq İT-konfransı dünyanın müxtəlif ölkələrində artıq 10 ildirki keçirilən və DevOps metod və alətlərinin müzakirə edilməsi, həmçinin, məhsuldar görüşlər və yeni ideya və texnoloji həllərin ərsəyə gətirilməsi üçün əlverişli meydança olan beynəlxalq tədbirdir. Konfrans İT sahəsində çalışan coxsaylı mütəxəssislərin marağını cəlb edir.

Azərbaycanda artıq ikinci dəfə keçirilən “DevopsDays Baku” tədbirində aktual olan həm texniki, həm də qeyri-texniki mövzularına, o cümlədən proqram təminatının inkişafı, istifadə olunan texnologiyaları və İT infrastrukturunun ən aktual məsələlərinə toxunulacaq. Konfransda çıxış edəcək yerli və xarici ekspertlər, o cümlədən PAŞA Bankın Rəqəmsal Laboratoriyasının ekspertləri mikroservis arxitekturası, ümumi “devops” tətbiqi, mühəndislərdən tələb olunan bacarıq və biliklər, “kubernetes” proqram təminatı, “Agile” metodologiyası, “soft” bacarıqlar və s. mövzular üzrə ətraflı məlumat verib, öz biliklərini və təcrübələrini paylaşacaqlar.

Birgünlük tədbir 9 oktyabr 2020-ci il tarixində onlayn şəkildə keçiriləcək. İştirak etmək üçün bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/GQm5VR4vtovCj1M86

Qeyd edək ki, Azərbaycanda keçirilən birinci “DevOpsDays” konfransı da məhz PAŞA Bankın dəstəyi ilə 22-23 noyabr 2019-cu il tarixlərində keçirilib. 2020-ci ilin sonunadək ölkənin ilk rəqəmsal bankı olmağı hədəfləyən PAŞA Bank məhsul və xidmətlərin rəqəmsallaşdırılması və yeni onlayn kanalların təqdim edilməsi istiqamətində yeniliklər təqdim etməyə davam edir və ölkədə İT və proqramlaşdırma sahəsinin inkişaf etdirilməsində də öz dəstəyini verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti