...

Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Materials 2 Dekabr 2020 14:21 (UTC +04:00)
Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Zeyni Cəfərov - Trend:

Dekabrın 2-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in birjaya istinadən məlumatına görə, hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,5 AZN (6,49 faiz) olan 30 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 728,7 milyon manat olub. Mərkəzi Bankın qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99,53 manat olub. Notlar dekabrın 30-da ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti