PAŞA Həyat-ın İdarə Heyəti sədrinin geniş müsahibəsi

PAŞA Həyat-ın İdarə Heyəti sədrinin geniş müsahibəsi

Bakı. Trend:

Ölkəmizin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılovun ənənəvi il yekunu müsahibəsini diqqətinizə çatdırırıq.

- 2020-ci ili bir sözlə necə ifadə edərdiniz?

“Challenge” (çağırış) ili. Sanki ingilis dilində bu mənanı daha dəqiq ifadə etmək olur.

- Ötən il biznes baxımından nə ilə yadda qaldı?

2020-ci ili İnnovasiya ili adlandırmaq olar. İlin əvvəlində şirkətimizdə və ölkəmizdə başlayan sürətli inkişaf və rəqəmsallaşma buna dəlalət edirdi. Lakin ötən il əsasən çağırışlar ili oldu. Öncə pandemiya, sonra vətənimizin sərhədlərinin bərpası üçün aparılan müharibə bizə yeni imkanlar və həllər tapmaq üçün müəyyən dolaşıqlar yaşatdı.

Sırf PAŞA Həyat-ın həyatında 2020-ci il 10 illik yubiley ili kimi yadda qaldı. Yubileyimizi fərqli keçirdik. Təntənəli tədbirə sərf oluna biləcək vəsaiti şəhid ailələrinə ianə etməyi özümüzə borc bildik.

Bir az 10 illik rəqəmlərimizdən danışmaq istərdim. Şirkətimiz 24 Noyabr 2010-cu il tarixində 8 nəfərlik heyətlə fəaliyyətə başlayıb. İndi isə 250 nəfərə yaxın işçimiz var. Bundan savayı, fəxrlə qeyd etməliyəm ki, 7 milyon manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayan PAŞA Həyat-ın indiki kapitalı 40 milyon manatdan çoxdur. Aktivlərimiz indi isə 400 milyona bərabərdir. Məncə, rəqəmlər uğurumuzu çox yaxşı izah edə bilir.

2020-ci ildə şirkətimiz üçün daha bir sevindirici hal yeni ofisimizə köçməyimizlə bağlı oldu. 15 sentyabr tarixindən PAŞA Həyat Sahil Plaza adlanan binada fəaliyyət göstərir. Çox müasir və bütün biznes fəaliyyəti tələblərinə cavab verən ofisə köçmə prosesinə əsaslı yanaşdıq. Pandemiya bitəndən sonra biz ofisimizi geniş ictimaiyyətə də təqdim edəcəyik.

- Geridə qoyduğumuz 2020-ci il sırf PAŞA Həyat-ın biznes nəticələrinə necə təsir etdi və çətinliklərin öhdəsindən necə gəldiniz?

Biz bir çox məhsullar üzrə qoyduğumuz hədəflərə çatmışıq. Yalnız bir məhsul üzrə nisbətən geriləmə oldu.

Ümumilikdə pandemiya dövründə əməkdaşlarımıza və biznesimizə mənfi təsirləri azaltmaq üçün daxildə 3 qrup yaradıldı.

Müştərilərlə əlaqəli qrup - Müştərilərin cəlb edilməsi və qorunub saxlanması üzrə işlər gördü. Daxili işçilərlə bağlı qrup - Əməkdaşların sağlamlığının qorunmasını və təhlükəsiz mühitdə işləmələrini təmin etdi. Bu qrup 24/7 prinsipi ilə çalışır. Bütün əməkdaşlara istənilən tibbi dəstək göstərilir. Və bir daha vurğulayım ki, bu fəaliyyət bütünlükdə şirkət əməkdaşları vasitəsilə təşkil edilib, tələb olunan bütün xərcləri də şirkət qarşılayır. Risk və maliyyə ilə əlaqədar qrup – məhz bu qrupun fəaliyyəti nəticəsində stres-testlər keçirildi. Mütəmadi olaraq şirkətin, belə deyək, nəbzi yoxlanılırdı.

Bütün bu tədbirlər bizə nəzərdə tutduğumuzdan təxminən 2 milyon manat daha artıq mənfəət əldə etməyə imkan verdi. Gördüyünüz kimi, bizim komanda pandemiya dövründə çox çevik və adaptiv tədbirlər görməyi bacarıb.

Biz həyat sığortası şirkəti olaraq ipoteka kreditləri üçün sığorta təminatları da veririk. Bu təminat müharibə dövründə həlak olan və ya yaralananlara da şamil olunur.

İpoteka krediti götürmüş və şəhid olmuş soydaşlarımızın ailələrinə ümumi məbləği 1.4 milyon manat təşkil edən vəsait ödənildi. Bu qəhrəmanların ipoteka kreditləri tərəfimizdən bütünlüklə bağlanıldı. Bundan savayı, əlavə rezervlər də yaratmışıq. Yaralıların əlillik dərəcəsi müəyyən olunduqdan sonra onlara aid öhdəliklərimizi də bu rezervlər hesabına bağlayacayıq.

Bütün ödənişlərə baxmayaraq, şirkət planlaşdırılan gəlirdən artıq 2 milyon manat mənfəət qazandı. Bütün rəqəmləri səsləndirmək bir az tezdir, lakin deyə bilərəm ki, təxminən 25 milyonluq mənfəətlə ötən ili başa vururuq. Bu rəqəm 2019-cu illə müqayisədə, demək olar ki, eynidir.

- Müharibə başlayanda və bitəndə hansı hissləri keçirdiniz?

Müharibədən öncə bütün işğal tarixlərini əzbər bilirdim. Bu tarixlərlə bağlı şirkət əməkdaşlarının məlumatlı olması üçün kommunikasiya mesajlarının göndərilməsinə xüsusi nəzarət edirdim. Maraqlıdır ki, indi mən Xocalıdan başqa, demək olar, bütün işğal tarixlərini unutmuşam. Əslində, buna görə çox xoşbəxtəm.

Müharibədə ən sevindirici məqam məhz birliyimizi görmək oldu. Cənab Prezidentin rəhbərliyi altında xalqımız bütün iradəsi və gücü ilə bu istiqamətdə çalışırdı.

Müharibə bitdikdə Azərbaycan böyük xalq olduğunu bir daha təsdiqlədi.

Döyüş meydanında, siyasi arenada və informasiya müharibəsində qalib gəldik.

Əminəm ki, bu qələbədən sonra ölkəmiz daha sürətlə inkişaf edəcək. Ciddi islahatlar aparılacaq və regionda sağlam mühit yaranacaq.

Şirkət olaraq bu günə kimi zəfər naminə gördüyümüz işləri sadalamaq istərdim:

  • Bərdədə və Ağdamda düşmən vəhşilikləri nəticəsində evlərindən didərgin düşən 100-dən çox ailəyə yardım olundu.
  • Ümumilikdə şəhid ailələrinə 200 min manat ianə olundu.
  • Qospitala və orduya dəfələrlə müxtəlif avadanlıqlarla dəstək olduq.
  • Qazi ailələrinə televizorlar hədiyyə etdik.
  • Əməkdaşlarımız tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna çoxsaylı ianələr olundu.
  • Və hal-hazırda Qarabağa və Şəhidlərə həsr olunmuş fotobank üzərində iş gedir.

Cənab Prezidentin dediyi kimi, biz döyüş meydanında qalib gəldik. Münaqişə artıq geridə qaldı. Əlavə edim ki, ədalət daim qalib gəlir. Azərbaycanın böyüklüyü, birliyi qalib gəldi.

Qalibiyyət hissi çox gözəl hissdir.

- 2021-ci ildən nə gözləyirsiniz?

Qısaca deyim ki, biz ötən il 2018-2020 strateji dövrümüzü bitirdik və bu strategiya üzrə gözləniləndən 1.5 dəfə çox nəticə verməyə müvəffəq olduq. Növbəti strategiya dövrü 2021-2023-cü illəri əhatə edəcək. Əvvəlki müsahibələrimdə də vurğuladığım kimi, bu ildən Rəqəmsal strategiyanı həyata keçirəcəyik. Qısaca desəm, biznesi innovativ üsullarlarla idarə etməyi və ekosistemi inkişaf etməyi planlaşdırırıq. Bütün müştərilərimiz daha sürətli inkişafın şahidi olacaq. Eyni zamanda, müştəri yönümlülük və bazarın genişləndirilməsi bu strategiyamızın ayrılmaz hissəsi olacaq. Rəqəmsallaşma ilə ayaqlaşmayan şirkətlər, çox güman ki, bazarda mövqelərini itirməli olacaq.

Mərkəzi Bankla və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birlikdə işləniləcək sığorta bazarı inkişafı strategiyasına da töhfəmiz olacaq. Lider həyat sığortası şirkəti olaraq biz hər zaman həm dövlət qurumlarına, həm də rəqiblərimizə dəstək olmağa hazırıq. Bazar güclü olduqca bizim biznesimiz də inkişaf edəcək.

- 2021-ci ildən sizdə Rəqəmsal strategiyaya keçid baş tutacağını deyirsiniz. Bildiyimizə görə, Rəqəmsal strategiyaya keçiddə Agile idarəetmə prinsipi mühüm rol oynayır. Onu ilk tətbiq edən sığorta şirkətlərindən biri də PAŞA Həyat-dır. Bu haqda nə deyə bilərsiniz?

Bəli. Biz artıq 2020-ci ilin noyabrından McKinsey konsaltinq şirkətinin dəstəyilə bu layihəyə başlamışıq. PAŞA Sığorta şirkəti də bizimlə paralel bu keçidi həyata keçirir. Azərbaycanda biz bu istiqamətə keçid edən ilk sığorta şirkətləriyik.

Yeni idarəetmə prinsipləri köhnə klassik prinsipləri əvəz edəcək. Deyəcəyim 2 prinsip müasir idarəetmədə rəhbər tutulur - rəqəmsallaşma və biznesin inkişafı. Misal üçün, Agile yanaşma nəticəsində avtomatlaşdırma səviyyəsi şirkətimizdə 90%-ə kimi artacaq və ən əsası, daxili və xarici müştərilərin istəklərinə tam cavab verəcək.

Keçidin ilk etapı olaraq biz ofis daxilində böyük bir Agile laboratoriya yaratdıq. Laboratoriyanın təmiri, demək olar ki, yekunlaşıb. Tezliklə bu laboratoriyanı da ictimayyətə təqdim edəcəyik.

Biz bu laboratoriyada əsasən, 2 məhsul – “Həyatın Yaşam Sığortası” və “İstehsalatda Bədbəxt Hadisələr” məhsulları üzərində çalışacağıq. Eyni zamanda, bir qrup məhz daxildəki sistemlərimizin təkmilləşməsi ilə məşğul olacaq. Ümid edirəm, müştərilərimiz müsbət dəyişiklikləri tez bir zamanda müşahidə edə biləcək. Çünki Agile yanaşma birbaşa məhsulun keyfiyyətinə təsir edən amillərlə zəngindir.

Data Analitika mərkəzi də həmin laboratoriyanın daxilində fəaliyyət göstərəcək. Bu komandanın fəaliyyəti bütün analitik işlərdə öz əksini tapacaq. Sizə deyim ki, bu sahə dünyada çox sürətlə inkişaf edir.

Bütün bunlarla bağlı biz rezerv vəsait ayırmışıq və mütəxəssisləri yetişdirməyə başlamışıq. Komandaları artıq formalaşdırmışıq. Bu pilot layihə 2 il ərzində fəaliyyət göstərdikdən sonra nəticələr nəzərdən keçiriləcək. Qoyulan hədəflərə çatdıqda bu yanaşmanın tətbiqi davam edəcək və genişlənəcək. Uğur qazanacağımıza inanıram. Çünki Agile yanaşmada uğursuzluq faizi çox aşağıdır və işlər düzgün aparılırsa, səylər özünü doğruldur.

Agile yanaşmanın 4 çox maraqlı dəyərlərini diqqətinizə çatdırmaq istərdim: hər şeyə açıq olmaq, öhdəlik götürmək, cəsarət etmək və hörmət etmək.

İnanın mənə, Agile-da olan proses tam fərqlidir. Komandanın üzvləri fərqli biznes təfəkkürü ilə çalışır. Biz bu komandanı və mütəxəssisləri yetişdirməklə həm də ölkəmizə əlavə sərmayə qoymuş oluruq. Getdikcə Agile prinsipinə keçən şirkətlər məhz püxtələşmiş peşəkarlara ehtiyac duyacaq. Mən bu işdə birincilərdən olmağımızdan və ölkəmizə xeyir gətirə biləcəyimizdən qürur duyuram.

- Son sözünüz

Öncə hamıya sağlamlıq arzulayıram.

Keçən il bir çoxumuz tüğyan edən virusdan yaxınlarımızı itirdik. Hamıya Allah Rəhmət etsin. Hazırda xəstə soydaşlarıma Allahdan şəfa diləyirəm. Sağlamlığı qorumaq və virusun yayılmasının qarşısını almaq hər birimizin əlindədir. Əminəm ki, tezliklə bu gözlə görünməz düşmənə də qalib gələ biləcəyik.

Arzulayıram ki, xalqımız müharibə vaxtı göstərdiyi birliklə - gücümüzlə iqtisadiyyatımızı daha da irəli aparsın. İqtisadiyyatımızın sürətli inkişafını istəyirəm. Ciddi islahatlar başlayır və hər birimiz bu prosesə töhfə verə biləcəyik.

Hamını keçmiş həmrəylik günümüz münasibəti ilə təbrik edirəm. Artıq qeyd etdiyim kimi, məhz birliyimiz - həmrəyliyimiz bizə qalibiyyət və uğur yaşadır və yaşadacaq. Daim həmrəy olaq!

Yeni ilimiz uğurlu olsun!

Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişafı müzakirə olunub
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Turizm potensialının üzə çıxarılmasında blogerlərin rolu yüksəkdir - Assosiasiya sədri (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Loading Bars
Xəbər lenti
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Prezident İlham Əliyev: Deyirlər ki, biz yeddi rayonu azad etmişik, elə deyil, daha çox ərazini azad etmişik
Tofiq Nağıyev “Şərəf” ordeni ilə təltif edilib
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər
Prezident İlham Əliyev: Böyük Qayıdış proqramının icrasında ən ağır vəziyyətdə yaşayan köçkünlərə üstünlük verilməlidir
Prezident İlham Əliyev: Şəhid ailələrimizə qayğımız mənzillərin, yaxud da ki, avtomobillərin verilməsi ilə bitmir
Prezident İlham Əliyev: Bir neçə partiyanın Yeni Azərbaycan Partiyası ilə birləşməsi partiyamızı gücləndirəcək
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi öz işini yekunlaşdırıb - XİN
Türkiyədən Azərbaycana daha çox sərmayəçi gələ bilər - Abdurrahman Uzun
Müttəfiq ölkə liderlərinin Prezident İlham Əliyev haqqında qiymətləndirmələri Azərbaycana verilən dəyərdir - Aydın Quliyev
Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın yeni proqramının hazırlanması barədə tapşırıq verib
Prezident İlham Əliyev: Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik
Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş ilə görüşüb (FOTO)
Əlahiddə Ümumqoşun Orduda zirehli döyüş maşınlarının heyətləri ilə döyüş atışlı məşğələlər keçirilir (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb
TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
Paytaxtın bu yollarında sıxlıq var, avtobuslar gecikir (FOTO)
YAP-ın İdarə Heyətinin yeni tərkibi məlum oldu (SİYAHI)
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Bütün xəbərlər