...

Azər Türk Bankın ekosistemində daha bir yenilik

Maliyyə Materials 18 Yanvar 2021 14:39 (UTC +04:00)
Azər Türk Bankın ekosistemində daha bir yenilik

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.

Bank son illərdə müştərilərə onlayn xidmətlərin çeşidinin və kanallarının artırılması üçün əhəmiyyətli işlər görür.

Qeyd edək ki, bu yaxınlarda Bakı şəhərində müştərilərin istifadəsinə verilmiş „Rəqəmsal“ filialı Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilk oldu.

Hazırda Azər Türk Bank özünün filial şəbəkəsinin modernləşdirilməsi işini davam etdirməkdədir. Belə ki, Bankın „Bakı“ filialının bazasında müştərilərə xidmət fəaliyyəti bu konsepsiyaya uyğun olaraq yenidən qurulmaqdadır.

Bankın yeni qurulan elektron ofislərində terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə müştərilərin burada istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait mövcuddur. Həmçinin bütün xidmət və məhsulların, əməliyyatların elektron formatda təklifi mümkündür.

Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.

Daha ətraflı məlumatı https://atb.az/ saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti