...

PAŞA Sığorta şirkəti “Qarabağ Dirçəliş Fondu”na 100 min AZN ianə ödənişi edib

Maliyyə Materials 12 Fevral 2021 10:56 (UTC +04:00)
PAŞA Sığorta şirkəti “Qarabağ Dirçəliş Fondu”na 100 min AZN ianə ödənişi edib

Bakı. Trend:

İllərdir həsrətində olduğumuz doğma Qarabağ torpaqlarımızı dirçəltmək məqsədilə PAŞA Sığorta şirkəti dövlətimizə və xalqımıza dəstək üçün “Qarabağ Dirçəliş Fondu”na 100 min AZN ianə ödənişi həyata keçirmişdir.

“Qarabağ Dirçəliş Fondu”nun yaradılmasının əsas məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirməkdir.

Bildirmək istərdik ki, PAŞA Sığorta şirkəti YAŞAT Fonduna ianələr etmiş, Vətən müharibəsi dövründə öz dəstəyini əsirgəməmişdir.

Qeyd edək ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti