...

AYİB Azərbaycanda layihə ilə bağlı kreditin təsdiqlənmə müddətini açıqlayıb

Maliyyə Materials 15 Fevral 2021 15:25 (UTC +04:00)
AYİB Azərbaycanda layihə ilə bağlı kreditin təsdiqlənmə müddətini açıqlayıb

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Gəncə şəhərində bərk tullantıların yığılması infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycan hökumətinə 10 milyon avro kredit ayrılması barədə qərar qəbul etmişdi.

Trend-in banka istinadən məlumatına görə, kreditin təsdiqlənmə müddəti açıqlanıb.

Qeyd olunur ki, kreditin təsdiqlənməsi bu il martın 9-na planlaşdırılıb.

Layihə tullantıların idarə olunmasının keyfiyyətinin artırılmasına və tullantıların yığılması prosesinin ətraf mühitə mənfi təsirinin azaldılmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti