...

AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı

Maliyyə Materials 22 Sentyabr 2021 15:13 (UTC +04:00)
AİB Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu açıqladı

Bakı. Zeyni Cəfərov - Trend:

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda inflyasiyanı 4,5 faiz səviyyəsində proqnozlaşdırır. Bu da aprel ayındakı proqnozla müqayisədə 1 faiz çoxdur.

Trend bu barədə AİB-in "Asian Development Outlook-2021" hesabatına istinadən məlumat verir.

Eyni zamanda, proqnozlara əsasən, 2022-ci ildə ölkədə inflyasiya 3 faiz ətrafında olacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8 faiz təşkil etmişdi.

Twitter:@jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti