...

Mərkəzi Bankın aktivləri artıb

Maliyyə Materials 17 May 2022 10:27 (UTC +04:00)
Mərkəzi Bankın aktivləri artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ilin yekunlarına əsasən Azərbaycan Mərkəzi Bankının aktivlərinin cəmi 2020-ci illə müqayisədə 3,63 faiz artaraq 26,41 milyard manata çatıb.

Trend bu barədə Mərkəzi Bankın illik hesabatına istinadən məlumat verir.

Bankın aktivlərinin strukturunda borc qiymətli kağızların payı 65,74 faiz təşkil edərək 17,362 milyard manat olub.

Əsas vəsaitlər əvvəlki illə müqayisədə 21,79 faiz artaraq 6,838 milyard manat təşkil edib. 2021-ci ilin yekununda banklara verilən kreditlərin məbləği 356,281 milyon manata çatıb.

Eyni zamanda, hesabat dövründə Mərkəzi Bankın öhdəlikləri 2020-ci illə müqayisədə 5,77 faiz artaraq 25,24 milyard manata çatıb.

Bankın öhdəliklərinin strukturunda dövriyyədə olan nağd pulların payı 48,77 faiz təşkil edərək 12,31 milyard manat olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti