...

Azərbaycanda pul kütləsi artıb

Maliyyə Materials 22 Avqust 2022 13:59 (UTC +04:00)
Azərbaycanda pul kütləsi artıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin iyulunda Azərbaycanda pul kütləsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,26 faiz və ya 4,425 milyard manat artaraq 26,266 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 9,93 faiz artaraq 12,147 milyard manat, geniş pul kütləsi 21,42 faiz artaraq 38,257 milyard manata, sövdələşmələr üçün pul kütləsi 19,46 faiz artaraq 22,449 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti