...

Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində işləyir - Fərid Osmanov

Maliyyə Materials 29 Sentyabr 2022 10:26 (UTC +04:00)
Mərkəzi Bank rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində işləyir - Fərid Osmanov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı rəqəmsal ödənişlərin stimullaşdırılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Azərbaycanda fintex ekosistemi - bu gün və sabah" adlı tədbir zamanı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə rəqəmsal ödənişlərə dair strategiya qəbul edilib və buna uyğun olaraq bu növ ödənişlərin inkişafı üzrə işlər aparılır.

"Bundan başqa, yaxın zamanlarda ödəniş sistemləri haqqında qanunun qəbul olunması gözlənilir. Bu, elektron maliyyə xidmətlərinin inkişafını sürətləndirməyə imkan verəcək", - deyə o bildirib.

F.Osmanov qeyd edib ki, ölkədə bank kartları ilə ödənişlərin sayı əhəmiyyətli dərəcədə artıb.

"Bu gün Azərbaycanda 13 milyon kart mövcuddur ki, onlardan 9 milyonu təmassızdır. Ölkənin ümumi dövriyyəsində nağdsız ödənişlərin payı 41 faizə bərabərdir və biz bu göstəricini artırmağı hədəfləyirik", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti