...

PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artıb - Cavid Quliyev

Maliyyə Materials 18 May 2023 11:39 (UTC +04:00)
PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artıb - Cavid Quliyev
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

PASHA Bank-ın kredit portfeli 2022-ci ildə 9% artaraq 2 milyarddan 2,28 milyard manata çatıb.

Trend xəbər verir ki, bunu PASHA Bank-ın baş direktoru və idarə heyətinin sədri Cavid Quliyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Ölkə bankları arasında bankın kredit portfelinin ümumi payı 25 faiz olub. Bundan başqa, bankın əməliyyatlarının 99 faizi rəqəmsal mühitdə icra olunub. Həmçinin ödənişlər 32 faiz artıb, nağdsız ödənişlər isə 36 faiz artıb. Xarici valyutada ödənişlərdə artım 30 faiz olub", C.Quliyev deyib.

O korporativ bankçılığın PASHA Bank-ın fəaliyyətinin prioritet istiqaməti olduğunu qeyd edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti