...

Mərkəzi Bank maliyyə institutlarının kibertəhlükəsizliyi sahəsində nəzarətin gücləndirilməsi üzərində çalışır

Maliyyə Materials 14 İyun 2023 13:20 (UTC +04:00)
Mərkəzi Bank maliyyə institutlarının kibertəhlükəsizliyi sahəsində nəzarətin gücləndirilməsi üzərində çalışır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı maliyyə institutlarının kibertəhlükəsizliyi sahəsində nəzarətin gücləndirilməsi üzərində çalışır.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev Bakıda keçirilən FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.

E.Şahverdiyev qeyd edib ki, Mərkəzi Bank maliyyə institutlarından risk yönümlü nəzarətin və kibertəhlükəsizlik sahəsində tənzimləmənin formalaşması üzrə tədbirlər gözləyir.

"Bu cür tədbirlərə aşağıdakılar daxildir: maliyyə bazarlarında dayanıqlı mühitin yaradılması üçün informasiya təhlükəsizliyinə dair minimal tələblərə riayət olunması; maliyyə institutları tərəfindən kibertəhlükəsizlik risklərinin proaktiv identifikasiyası; kibertəhdidlərin dəyişməsi ilə əlaqəli risklərin proqnozlaşdırılması və adekvat tədbirlərin görüldüyündən əmin olmaq; maliyyə institutlarının beynəlxalq standartlara uyğun olaraq kiberdayanıqlılığının artırılması; kiberinsidentlərin mümkünlüyünün və təsirinin azaldılması, həmçinin maliyyə institutlarının onlara hazırlığının yaxşılaşdırılması; maliyyə institutlarının nüfuzunun yaxşılaşdırılması və kibertəhlükəsizliyin gücləndirilməsi yolu ilə maliyyə sektoruna etimadın artırılması", - o deyib.

Onun sözlərinə görə, AMB bu tədbirlərin maliyyə bazarlarında etibarlı və təhlükəsiz mühit yaratmağa kömək edəcəyinə ümid edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti