...

AMB banklardan fırıldaqçılıq halları ilə bağlı statistik məlumat tələb edəcək

Maliyyə Materials 3 Dekabr 2024 11:24 (UTC +04:00)
AMB banklardan fırıldaqçılıq halları ilə bağlı statistik məlumat tələb edəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn ildən etibarən kommersiya banklarından fırıldaqçılıq halları ilə bağlı statistik məlumat təqdim etməyi tələb edəcək.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini Ramil Mahmudov VIII Beynəlxalq Bankçılıq Forumu çərçivəsində jurnalistlərə bildirib.

“Gələn ildən etibarən Azərbaycanın kommersiya bankları fırıldaqçılıq halları ilə bağlı statistik məlumat da daxil olmaqla, Azərbaycan Mərkəzi Bankına informasiya təqdim edəcəklər”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Bank sonradan bu məlumatları təhlil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti