...

COP29-un Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirir - Azad Cəfərli

Yaşıl iqtisadiyyat Materials 24 Fevral 2024 16:52 (UTC +04:00)
COP29-un Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirir - Azad Cəfərli
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un Azərbaycanda keçirilməsi ölkənin qlobal iqlim problemlərinin həllinə sadiqliyini nümayiş etdirir.

Trend-in verdiyi məlumata görə, bunu Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli "Dayanıqlı Bağçılıq Sistemləri" sertifikatlaşdırma proqramının Bakı modulunun bağlanışında deyib.

A.Cəfərli vurğulayıb ki, Azərbaycan ekoloji təhdidlərə qarşı qlobal mübarizədə fəal iştirak edir, ətraf mühitin mühafizəsi məsələlərinə, “Ağıllı şəhər”, “Ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqinə xüsusi diqqət yetirir.

Onun fikrincə, bağçılıq sərgiləri də iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə mühüm töhfə verir ki, bu da hökumətin ətraf mühitin mühafizəsi üzrə məqsəd və öhdəliklərinə uyğundur.

"Azərbaycanda kənd təsərrüfatı sektoru fəal inkişaf edir, kənd təsərrüfatının ölkənin ÜDM-də xüsusi çəkisi artır. 2022-ci ildəki 4,8 faizlə müqayisədə, 2023-cü ildə 5,5 faiz təşkil edib",- o əlavə edib.

Qeyd edək ki, ADA Universiteti və Boloniya Universitetinin birgə təqdim etdiyi “Dayanıqlı Bağçılıq Sistemləri” sertifikatlaşdırma proqramının Bakı modulunun bağlanışı çərçivəsində “İtaliya-Azərbaycan Bağçılıq Sərgisi” keçirilib.

ADA Universitetinin təşəbbüsü və İtaliyanın “McFruit” sərgisi, İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) təşkilati dəstəyi ilə ilk dəfə keçirilən sərgidə 20-yə yaxın İtaliya və Azərbaycan şirkəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti