...

bp 5 il ərzində "yaşıl" layihələrə investisiyaları təqribən 8 dəfə artırıb

Yaşıl iqtisadiyyat Materials 4 Mart 2024 17:26 (UTC +04:00)
bp 5 il ərzində "yaşıl" layihələrə investisiyaları təqribən 8 dəfə artırıb
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti 2023-cü ildə aşağı karbonlu biznesə və "enerji keçidi" layihələrinə qlobal illk investisiyalarının payını 23 faizədək artırıb, hərçənd 2019-cu ildə bu rəqəm cəmi 3 faiz olub.

Trend xəbər verir ki, bu barədə bp sosial şəbəkə hesabında yeni baş direktoru Mürrey Aukinklosa istinadən məlumat paylaşıb.

"Bizim məqsədimiz əvvəlki kimi qalır - beynəlxalq neft şirkətindən (IOC) beynəlxalq enerji şirkətinə (IEC) keçid edirik. Baxmayaraq ki, bu gün əsasən neft-qaz sahəsində çalışırıq, beş il ərzində aşağı karbonlu və "enerji keçidi" layihələrinə qlobal illk investisiyalarının payını 3 faizdən 23 faizədək artırmışıq", - məlumatda deyilir.

Xatırladaq ki, bp Azərbaycanın strateji tərəfdaşıdır və o cümlədən, "yaşıl" enerji sahəsində layihə həyata keçirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti