...

COP29 inamımız çox böyükdür - Françesko La Kamera

Yaşıl iqtisadiyyat Materials 15 Mart 2024 10:29 (UTC +04:00)
COP29 inamımız çox böyükdür - Françesko La Kamera
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un qarşısında duran vəzifə reallığa uyğunlaşmaqdır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera XI Qlobal Bakı Forumunda çərçivəsindı keçirilən “Xoş sözlərdən yaxşı işlərə: COP29 üçün hansı məqsədlər qoyula bilər?” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“COP29 inamımız çox böyükdür. Bu tədbir çox uğurlu dialoq platforması olacaq. Növbəti il isə danışılanlar əməllərlə özünü göstərəcək.

Bu gün ənənəvi enerji stansiyasının tikilməsi daha ucuz başa gəlir. Yeni bərpaolunan enerjini uzun müddət istifadə subsidiyalarla müşayiət edilməlidir. Hökümət bu subsidiyaları qarşılamalıdır. İnfrastruktur bizim qarşımızda əsas tapşırıqdır. Mərkəzləşmə bu prossesin əsasını təşkil edir”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti