...

İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər

Yaşıl iqtisadiyyat Materials 19 Aprel 2024 12:31 (UTC +04:00)
İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi səbəbindən dünya iqtisadiyyatının gəlirləri 2050-ci ilədək 19 faiz azala bilər.

Trend bu barədə Potsdam İqlim Təsirlərini Araşdırma İnstitutuna istinadən xəbər verir.

"Dünyada mövcud olan iqlim dəyişiklikləri səbəbindən artıq 2050-cı ilədək dünya iqtisadiyyatında gəlirlər 19 faiz azalacaq. Hər il gəlirlər 20-30 trilyon ABŞ dollarından çox azala bilər", - deyə institutun beynəlxalq nüfuzlu "Nature" jurnalında dərc olunan yeni tədqiqatında deyilir.

Tədqiqat müəlliflərinin fikrincə, dünyanın 1600-dən çox regionundan əldə edilən empirik məlumatlara əsasən, bu cür proqnozlaşdırılan iqtisadi zərər qlobal istiləşməni 2 dərəcə azaltmaq məqsədilə lazım olan iqlim dəyişikliklərinin nəticələrinin azaldılması üçün xərclərdən 6 dəfə çoxdur.

"Dünyanın əksər regionlarında, o cümlədən, Şimali Amerika və Avropada gəlirlərin kəskin azalacağı proqnozlaşdırılır. Dünya iqtisadiyyatının gəlirlərinin azalması iqlim dəyişikliklərinin iqtisadi artımla əlaqəli müxtəlif aspektlərə, o cümlədən, kənd təsərrüfatında məhsuldarlıq, əmək məhsuldarlığı və ya infrastrukturun fəaliyyətinə təsiri ilə əlaqədardır", - tədqiqatın müəlliflərindən biri olan Maksimilian Kots belə hesab edir.

O, qlobal iqtisadiyyatın inkişafı üçün iqtisadi zərərləri minimallaşdırmaq məqsədilə dünya ölkələrini atmosferə istixana qazları tullantılarının azaldılması üzrə təcili tədbirlər görməyə çağırıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti