...

Azərbaycanda turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlə başlayıb

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 15:32 (UTC +04:00)
Azərbaycanda turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlə başlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

"COP29-un yüksək texniki təşkilini təmin etmək məqsədilə Dövlət Turizm Agentliyi turizm sahəsinin COP29-dək tam hazır vəziyyətə gətirilməsi üzrə işlərə başlayıb. Bakı və Sumqayıt şəhərlərində 300-dən çox yerləşdirmə obyekti yoxlanılıb, onlardan təqribən 200-ü ulduz reytinqi alıb. Ulduz reytinqinə uyğun olmayan 40-a yaxın hotelə çatışmazlıqları aradan qaldırmaq üçün vaxt verilib. Hazırda digər bölgələrdəki hotellərin qiymətləndirilməsi planlaşdırılır", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti