...

BMT Baş katibi COP29-da iştirak edəcək

Yaşıl iqtisadiyyat Materials 28 İyun 2024 10:33 (UTC +04:00)
BMT Baş katibi COP29-da iştirak edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycanda keçiriləcək COP29-da iştirak edəcək.

Trend xəbər verir ki, bu barədə Quterreş bu barədə "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana özəl müsahibəsində deyib.

"Bəli, əlbəttə", - deyə o konfransda iştirak planları barədə sualı cavablandırıb. "Mən həmişə COP konfranslarında iştirak etmişəm, mən onlar başlayanda və bitəndə gəlirəm", - deyə o əlavə edib.

"Məhz bunun uçuruma doğru getdiyimizi qlobal səviyyədə etiraf etmək zamanının çatacağı anlamında dəyişiklik anı olacağını gözləyirəm", - deyə Quterreş əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti