...

BMT-nin regional direktoru ilə COP29-a hazırlıq müzakirə olunub

Yaşıl iqtisadiyyat Materials 29 İyul 2024 17:56 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov BMT-nin İnkişafın Koordinasiyası Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yeop Sonunla görüşüb.

Trend bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

"Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə səviyyəsində icrası, ərzaq təhlükəsizliyi, insan kapitalı, gender bərabərliyi və ətraf mühitin dayanıqlılığı istiqamətində BMT-ilə aparılan səmərəli tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Bundan başqa, məlumatda deyilir ki, cari ilin iyul ayında BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu çərçivəsində təqdim edilən ölkəmizin sayca 4-cü Könüllü Milli Hesabatının hazırlanmasında BMT-nin Ölkə üzrə Ofisinin dəstəyi, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasında, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasında (COP29) əməkdaşlığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti