...

Dünyada istixana qazlarının təxminən 20 faizi kənd təsərrüfatının payına düşür - Elnur Soltanov

Yaşıl iqtisadiyyat Materials 3 Oktyabr 2024 12:13 (UTC +04:00)
Dünyada istixana qazlarının təxminən 20 faizi kənd təsərrüfatının payına düşür - Elnur Soltanov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada istixana qazlarının təxminən 70 faizi energetika sektoruna, 20 faizi isə kənd təsərrüfatına aiddir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda deyib.

“Kənd təsərrüfatı, əslində, enerji sektorundan sonra ikinci ən əhəmiyyətli istixana qazı mənbəyidir. Kənd təsərrüfatını daha da vacib edən isə, hər şeyin onun necə müəyyən edilməsindən asılı olmasıdır”, - o vurğulayıb.

Elnur Soltanov meşələrin və torpaqların böyük miqdarda istixana qazlarını udduğunu qeyd edərək, bu ərazilərin çox dəyərli olduğunu və buna görə də insanların kənd təsərrüfatı bacarıqlarını yaxşı mənimsəməli olduqlarını bildirib.

“Bu, istixana qazlarının azaldılması baxımından çox vacibdir. Eyni zamanda, biz, əksər hallarda, Azərbaycanın da daxil olduğu bir çox iqtisadiyyatlardakı fermerləri müdafiə etməliyik, çünki onlar adətən iqlim təsirlərinə daha həssasdırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə”, - o əlavə edib.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpozium keçirilir.

Alimlərin, eləcə də yerli və xarici ekspertlərin iştirak etdiyi tədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlim dəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Xəbər lenti

Xəbər lenti