Bakı. Trend:
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi açılışına sayılı saatlar qalıb.
Trend xəbər verir ki, Bakı Olimpiya Stadionu dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də, böyük şirkət və agentliklərin rəhbərlərinin görüş yerinə çevriləcək.
Qeyd edək ki, müxtəlif ölkələrin nümayəndə heyətləri son hazırlıqlarını tamamlayır və stendləri qonaqları qəbul etməyə hazırdır.
İştirakçılar öz nailiyyətlərini təqdim etmək, təqdimatlar keçirmək və təcrübə mübadiləsi aparmaq fürsətini səbirsizliklə gözləyirlər.
Təşkilatçılar məruzəçilər, ustad dərsləri və ən son yeniliklərin nümayişi ilə dolu zəngin proqram vəd edir.
COP29 dünyanın hər yerindən ekspertlərin və innovasiya həvəskarlarının diqqətini cəlb edərək, texnologiya dünyasında əlamətdar hadisə olacağını vəd edir.