...

"Azerpocht" vətəndaşların şikayət, təklif və tövsiyələrinin qəbul edilməsi məqsədilə qaynar xətt yaradır

Telekommunikasiya Materials 29 Noyabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi "Azerpocht" Dövlət Müəssisəsi əhaliyə göstərilən xidmətlərin səmərəsinin artırılması məqsədilə, dekabrın 3-dən başlayaraq, saat 10:00-dan 12:00-dək "Qaynar xətt" təşkil edəcək.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, "Qaynar xətt" vasitəsilə vətəndaşlar Dövlət Müəssisəsinə öz şikayətləri, təklifləri və tövsiyələri ilə müraciət edə bilərlər. "Qaynar xətt"in telefon nömrəsi: (+99412) 498-79-77.

Bütün şikayətlər və təkliflərə, nəzərdən keçirildikdən sonra cavab veriləcək.

Xəbər lenti

Xəbər lenti