...

Azercell "Qızıl nömrə" və "Telefon" kampaniyasına başlayıb

Telekommunikasiya Materials 14 Dekabr 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın 2.8 mln. nəfərdən çox abonentə malik mobil rabitə operatoru Azercell Telecom BM yeni "Qızıl nomre" ve Telefon" kampaniyasına başlayıb. Şirkətin mətbuat xidmətinin verdiyi məlumata görə, bu kampaniyaya Azercell abonentləri ilə birlikdə, arzulayan şəxs də qoşula bilər. Dekabrın 14-dən start götürən "Qızıl nömrə" və Telefon" kampaniyası bir il müddətində keçiriləcək. Kampaniya çərçivəsində, Samsung SGH-i710, Samsung SGH-G600, Nokia 6500, Nokia 6120, Sony-Ericsson P1, Sony-Ericsson K810 markalı telefonları alan şəxslər "Azercell" tərəfindən hədiyyələrə sahib olacaqlar. Adıçəkilən markalı telefonları əldə edən şəxslər (050) 223- (050) 224 seriyasından ibarət olan qızıl nömrələrin sahibi olacaqlar. Bundan əlavə, bu şəxslər Optimist tarif paketini, 60 dəqiqə pulsuz şəbəkədaxili danışıq imkanını və Daimi GizletCell (SOCLIR) xidmətini əldə edəcəklər. Kampaniya yalnız Azercell Express ofislərində tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti