...

Azərbaycanda beynəlxalq rabitə üzrə iri şirkət yaradılacaq

Telekommunikasiya Materials 16 Yanvar 2008 18:33 (UTC +04:00)
Azərbaycanda beynəlxalq rabitə üzrə iri şirkət yaradılacaq

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir İ.Xəlilova / Azərbaycan hökuməti fəaliyyətdə olan üç rabitə müəssisəsi - "Aztelekom" İB, "Bakı telefon rabitəsi" və "Teleradio" İB-nin birləşməsinin köməyi ilə yerüstü stansiyalardan istifadə edərək, Beynəlxalq rabitə üzrə vahid müəssisənin yaradılması məsələsinə baxır.

Çərşənbə günü Dövlət Əmlakının Özəlləşdirilməsi Komitəsinin başcısı Kərəm Həsənov mətbuat konfransında bildirib ki, bu müəssisənin yaradılması üçün məsləhətçi qismində beynəlxalq audit "Ernst and Young" və yerli "Omni" şirkətləri cəlb edilib.

"Azərbaycan prezidentinin "Azertelekom" MMC-nin yaradılması haqqında sərəncamı gözlənilir", - Həsənov bildirib.

1992-ci ilin avqustunda yaradılan "Aztelekom" İB Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibindədir. Şirkət respublika ərazisində beynəlxalq və şəhərlərarası telefon əlaqələrini təmin edir. Onun tabeliyində 54 telekommunikasiya müəssisəsi, Bakı şəhərlərarası telefon mərkəzi, magistral kabel texniki mərkəzi və təmir-tikinti idarəsi daxildir.

"Bakı telefon rabitəsi" İB Rabitə Nazirliyinin tərkibinə daxildir. Bakı ərazisindəki dövlət müəssisələrinə və idarəçilik orqanlarına, o cümlədən, təşkilatlara və əcnəbi hüquqi şəxslərə telefon əlaqəsi və radioəlaqə xidməti göstərir.

"Teleradio" İB Rabitə Nazirliyinin tərkibinə daxildir və Azərbaycanda dövlət, özəl, xarici tele-radio proqramlarının yayımını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti