Azərbaycan, Bakı, 24 yanvar / Trend , müxbir S.Babayeva / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanvarda telekommunikasiya sahəsində aparılan islahatların, "Catel" BM-də dövlət payının Amerika şirkəti "Omni Communications" tərəfindən və "Ultel" BM-də dövlət payının yerli şirkət tərəfindən özəlləşdirilməsinin səmərəli nəticə verəcəyinə əmindir.
"Bu, Azərbaycanda keçirilən irimiqyaslı islahatların əsas tərkib hissəsidir" - cümə axşamı Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Trend a bildirib.
Prezident İlham Əliyevin 2001-ci il 29 mart tarixli sərəncamında BM strukturlarında, o cümlədən rabitə sahəsində işləyən müəssisələrdə dövlət idarələrinin payının özələşdirmə prosesinin başlanılması elan edilib.
"Onların bir neçəsi artıq özəlləşdirilib, digərlərində dövlət payının qiymətləndirilməsi üçün konsaltinq şirkətləri iş aparırlar" - nazir deyib.
Bütün telekommunikasiya BM-də, "Azersell" iri mobil rabitə operatoru da daxil olmaqla, dövlət payının qiymətləndirilməsi "Ernst and Young" şirkəti tərəfindən aparılır.
Yanvarın ortalarında keçirilən mətbuat konfransında Dövət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət Komitəsinin başcısı Kərəm Həsənov deyib ki, hökumət üç rabitə müəssisəsinin - "Aztelekom" İB, "Bakı telefon rabitəsi" və "Teleradio" İB-nin birləşməsi yolu ilə yerüstü stansiyalardan istifadə edərək vahid beynəlxalq rabitə müəssisəinin yaradılması məsələsinə baxılıb. Müəssisə "Azərtelekom" adlandırılacaq.
Nazir bildirib ki, buna dair rəsmi qərar hələ yoxdur.
"Azərbaycanda "Azərtelekom" iri telekommunikasiya şirkətinin yaradılması haqqında bizdə rəsmi məlumat yoxdur" - Abbasov deyib.