...

Azərcell "Reaktivasiya-2008" kampaniyasını elan edib

Telekommunikasiya Materials 5 Fevral 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" BM fevralın 5-dən 20-dək SimSim abonentləri üçün ikitərəfli bağlı olan nömrələrin xətlərinin yenidən açılması məqsədilə "Reaktivasiya-2008" kampaniyası keçirir.

Şirkətin verdiyi məlumata görə, kampaniya müddətində xətləri ikitərəfli bağlı abonentlər 1010 nömrəsinə SMS göndərməklə, 10 günlük açıq xətt və 100 kontur hədiyyə alacaqlar.

Bundan əlavə, balansa istənilən SimSim danışıq kartı yüklənildikdə, danışıq kartı təkrarən bir aydan sonra hədiyyə olaraq balansa əlavə olunacaq.

"Azercell Telecom" BM Azərbaycanda GSM standartında iri mobil rabitə operatordur və 2,8 mln. abonentə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti