...

"Azercell Telekom" BM 3GSMA Konqresində iştirak edəcək

Telekommunikasiya Materials 11 Fevral 2008 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı,11 fevral / Trend / Fevralın 11-14- də İspaniyanın Barselona şəhərində 3GSMA Dünya Konqresi keçiriləcək ."Azercell Telekom" BM simsiz rabitəyə həsr olunan illik ənənəvi konfrans və sərgi olan 3GSMA Dünya Konqresində Azərbaycandan iştirak edən yeganə şirkətdirvə bu , onun konqresdə ikinci iştirakıdır. Azərbaycan nümayəndə heyətinə Şirkətin baş direktoru Halim Ateş başçılıq edəcək. Bu barədə bazar ertəsi "Azercell Telekom" BM-nin mətbuat xidmətindən bildiriblər.

Konqresdə "Azercell Telekom" BM fəaliyyət göstərdiyi bazarın, yəni Azərbaycanın yalnız iqtisadi cəhətdən deyil, həmçinin, siyasi və ictimai inkişafı ilə bağlı iştirakçıları məlumatlandıracaq.

3GSMA Dünya Konqresinin 24-cü ildönümünə təsadüf edən builki Konqresə 9000 nəfər nümayəndə dəvət olunub, tədbirin iştirakçı auditoriyası isə 60 mindən artıq insanı əhatə edəcək. Sərgi ümumi sahəsi 295.00 kv.m olan 8 zala yerləşir. Burada 1400 eksponat nümayiş olunacaq, 250 nəfər çıxış edəcək. Tədbiri 2300 nəfər media nümayəndəsi, o cümlədən "Azercell"-in dəstəyi ilə Barselonaya gedəcək azərbaycanlı jurnalistlər də işıqlandıracaq.

Xəbər lenti

Xəbər lenti