...

Azərbaycan öz rabitə peyki üçün azad orbital mövqe axtarır

Telekommunikasiya Materials 21 Fevral 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir S.Babayeva/ Azərbaycan öz rabitə peyki - AzerSat üçün azad orbital mövqeyin icarəsi üzrə iri xarici şirkətlərlə danışıqlar aparır. Bu barədə cümə axşamı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

"Biz öz orbital mövqeyimizi gözləmədən, digər azad orbital mövqeləri icarəyə götürə bilərik", - nazir bildirib.

Onun sözlərinə görə, peykin orbitə çıxarılması üzrə Beynəlxalq Elektrorabitə İttifaqından (BEİ) lisensiya alınması məsələləri, demək olar ki, həll edilib.

BEİ ötən ilin sonunda keçirilmiş Radiorabitə üzrə Dünya Konfransında AzerSat üçün orbital mövqe söz verib. Azərbaycan peyk üçün orbital mövqe gözləyən təqribən 100 ölkədən ibarət siyahıda 5-ci yerdədir. İTU 2008 -ci ilin birinci yarısında Azərbaycanda orbital mövqe verə bilər.

Layihənin maliyyələşdirilməsi əvvəlcə dövlət vəsaitləri hesabına həyata keçiriləcək. Sonra isə o, özünü doğruldacaq. Peykin ehtiyatlarının dörddə birindən bir qədər çox hissəsindən Azərbaycan istifadə edəcək. Qalan hissə isə, peykin əhatə dairəsinə daxil olan ölkələrə satılacaq. Peykin əhatə dairəsinə Avropa və Asiyanın bir hissəsi - Qazaxıstan, Türkmənistan, İran daxil olacaq. AzerSat layihəsinin dəyəri $80-100 mln.-dir.

Nazir peykin artıq 2010-cu ildə buraxılması mümkünlüyünü bildirib.

Xəbər lenti

Xəbər lenti