...

"Azercell" Pakistanla beynəlxalq MMS rouminq müqaviləsi bağlayıb

Telekommunikasiya Materials 29 Fevral 2008 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" BM Pakistanın "Telenor" mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib. Şirkətin məlumatında bildirilir ki, "Azercell Telekom" ötən ilin aprel ayında Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.

Hazırda "Azercell Telekom" 20 mobil şəbəkə operatoru ilə 19 ölkədə MMS xidmətinə qoşulub.

İndiyə kimi 59 ölkənin 121 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb.

Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanları əldə edirdi. Adıçəkilən xidmət isə "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

"Azercell" abonentləri İsveçin "TeliaSonera", Gürcüstanın "Geocell'', Moldovanın "Moldcell", Avstraliyanın "Telstra", Türkiyənin "Turkcell", Bolqarıstanın "Globul", Çexiyanın "O2", Səudiyyə Ərəbistanının "Mobily", Almaniyanın "O2", Avstriyanın "One", Ukraynanın "Kyivstar", "Astelit", Macarıstanın "Pannon", Çinin "China Mobile", Fransanın "SFR", Böyük Britaniyanın "Hutchison 3G UK Limited", Norveçin "Netcom", Əlcazairin "Djezzy" və Belarusun "MTS" abonentləri ilə MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

Üç milyon abonenti özündə birləşdirən "Azercell" Azərbaycanda GSM standart üzrə ən iri mobil rabitə operatorudur.

Xəbər lenti

Xəbər lenti