...

Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi saytı yaradılıb

Telekommunikasiya Materials 4 İyun 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun/ Trend / Azad İstehlakçılar Birliyi Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı kiçik qrantlar proqramı çərçivəsində, istehlakçıların hüquqlarının müdafiəsi üçün veb-səhifə hazırlayıb(http://www.consumer-aib.com/).

" Bu layihə ümumilikdə kiçik qrantlar proqramı çərçivəsində hazırlanmış artıq üçüncü layihədir", - Rabitə Nazirliyi bildirir.

İlk iki layihə isə, Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Uşaqlara Mərhəmət Cəmiyyəti tərəfindən hazırlanan "Məktəblilər üçün e -hökumət" və "İnformasiya Texnologiyalarının tətbiqi ilə peşə tədrisi" layihələridir.

"İnformasiya cəmiyyəti - inkişafın yeni mərhələsi" mövzusunda keçirilən qrant müsabiqəsinin yekunlarına əsasən 7 qalib müəyyənləşib.

Qrantın alınması üçün təqdim olunan layihələr yeni informasiya texnologiyalarının tətbiqi, təhsil və səhiyyə sahəsində islahatlar, büdcə şəffaflığı və antikorrupsiya, gənclərin vətəndaş cəmiyyətinə inteqrasiyası, sosial müdafiə tədbirləri, ictimai şəffaflıq, yoxsulluğun azaldılması və insan haqlarının qorunması kimi problemlərin həlli məsələlərini əhatə edirdi.

Xəbər lenti

Xəbər lenti