...

AZQTELL Azərbaycanda Wi-max xidmətləri göstərməyə başlayır

Telekommunikasiya Materials 23 İyul 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/ Trend , müxbir S.Babayeva/ AZQTELL telekommunikasiya şirkəti avqustun əvvəlində Azərbaycanda Wi-max xidmətinin (yüksək sürətli naqilsiz İnternet) tətbiqinə başlamağı planlaşdırır. Bu barədə çərşənbə günü şirkətdən məlumat veriblər.

"Hazırda biz avadanlığın - xidmətlərin tətbiqinə başlamaq üçün modemlərin sınaqdan çıxarılmasını başa çatdırırıq və artıq bizim məhsullardan istifadə etməkdə maraqlı olan real müştərilər var", - AZQTELL-dən bildiriblər.

Avadanlıq Amerikanın Cisco şirkətindən alınıb.

Şirkətin xidmətlərinin tarifləri hələ müəyyən edilməyib və müzakirə mərhələsindədir. Lakin bununla yanaşı məlumdur ki, onlar abunəçilərin statusuna görə fərqlənəcəklər: biznes-qurumlara və əhaliyə təqdim olunan qiymətlər eyni olmayacaq.

AZQTELL birinci mərhələdə - ilin sonuna 1,2 min abunəçi və şəbəkənin bütün Bakı və Abşeron yarımadasının əhatə etməsini, sonrakı üç ildə isə ölkənin regionlarını əhatə etməsini nəzərdə tutur. Bu şirkət texniki baxımdan 4 min abunəçiyə xidmət göstərə bilər.

Şirkət gələcəkdə Wi-max-dan əlavə istifadəçilərə VoİP,VPN və İP TV texnologiyaları xidmətlərini təqdim etməyi planlaşdırır.

AZQTELL SC 2005-ci ilin dekabrında yaradılıb. Şirkətin təsisçləri Londonda yerləşən Qtell Global Networks və Bakıda qeydiyyatdan keçmiş Transcaspian Telecom şirkətləridir. 2007-ci ilin birinci rübündə şirkət Azərbaycan ərazisində Wi-max xidmətinin göstərilməsinə dair lisenziya alıb.

Xəbər lenti

Xəbər lenti