...

Rabitə Nazirliyi Şamaxının astrofizika rəsədxanasını telefonlaşdıraraq İnternetə qoşacaq

Telekommunikasiya Materials 8 Sentyabr 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , S.Babayeva/Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı astrofizika rəsədxanasını telefonlaşdıraraq sürətli İnternet şəbəkəsinə qoşacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamında deyilir, - Rabitə Nazirliyi məlumat verib.

Rəsədxananın yenidən qurulması məqsədilə imzalanmış sərəncam sentyabrın 5-də qüvvəyə minib.

Sənəddə rəsədxananın strateji kosmik tədqiqatlarda və Azərbaycan elminin inkişafında, respublikada kosmik sənayenin yaradılmasında əhəmiyyəti qeyd edilib.

N.Tusi adına Şamaxı astrofizika rəsədxanası 1960-cı ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun "Astrofizika"sektorunda yaradılıb. Qısa müddət ərzində yaşayış qəsəbəsi, işçi bina istismara verilib. Rəsədxananın ixtiyarında iki metrlik teleskop, üfiqi günəş teleskopu АZТ-8, АSТ-452, "Seyss-600" və başqa elmi avadanlıqlar var. Rəsədxananın əməkdaşlarının ümumi sayı 150 nəfərdir.   

Xəbər lenti

Xəbər lenti