...

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom-un SimSim - in 10 illiyinə həsr olunmuş kampaniyasının qalibləri müəyyən edilib

Telekommunikasiya Materials 22 Dekabr 2008 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom -un  "SimSim 10 il - Ailəmizin bayramı"  kampaniyasının qalibləri müəyyən edilib. Şirkətin məlumatında bildirilir ki, dünyada qabaqcadan ödəmə sistemi olan SimSim - in 10 illiyi ilə əlaqədar, Azercell yeni abonentləri dəyərli hədiyyələr qazanıblr.

Belə ki, noyabrın 1 - dən dekabrın 19 - dək Azercell şəbəkəsinə qoşulan yeni SimSim abonentlərinin hamısı "SimSim 10 il - Ailəmizin bayramı!" kampaniyasının iştirakçısı olub. SimSim-in ad günündə - dekabrın 20 - də həmin nömrələr arasında keçirilən lotereya  oyununda qaliblərin adları bəlli olub. Tiraj zamanı münsiflər heyətinin tərkibində Azərbaycan cəmiyyətində tanınmış şəxslər - rəssam Eyvaz Vəliyev, həkim Nəzakət Mollayeva, dosent Mahmud Axundov, jurnalist Səbinə Babayeva və teleaparıcı  İlhamiyyə Rzayevatəmsil olunublar.

Kampaniyada iştirak edən 0 50 - 372 23 95 nömrəsinin sahibi Bakı şəhərində yeni iki- otaqlı mənzilin sahibi elan edilib. Aşağıdakı nömrələrin hər birinin sahibləri isə 1,000,000 kontur qazanıblar:

0 50 - 636 19 81

0 50 - 646 84 16

0 50 - 524 90 20

0 50 - 474 12 29

0 50 - 644 42 71

0 50 - 349 89 47

0 50 - 352 25 13

0 50 - 418 24 93

0 50 - 681 88 72

Bu yaxınlarda Azercell Telekom MMC-nin Baş Ofisində hədiyyələrin abonentlərə təntənəli təqdim edilməsi mərasimi keçiriləcək.

Yayda Azercell Telekom MMC SimSim - in 10 illiyinə həsr olunmuş başqa bir iri kampaniya reallaşdırıb. "Yubiley hədiyyələri" adlanan bu kampaniya çərçivəsində, abonentlərə 10 ədəd  "Toyota Corolla" avtomobili və 10 milyon pulsuz dəqiqə paylanılıb.

Xəbər lenti

Xəbər lenti