...

Azercell "SimSim 10 il – Ailəmizin bayramı!" kampaniyasının qaliblərini mükafatlandırıb

Telekommunikasiya Materials 29 Dekabr 2008 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/ Trend / Dünyada qabaqcadan ödəmə sistemlərindən biri olan "SimSim"- in bu il 10 illik yubileyi münasibətilə Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom öz yeni abonentləri arasında "SimSim 10 il - Ailəmizin bayramı!" adlı kampaniya keçirib. Bu kampaniya çərçivəsində 1 nəfər "Azercell" abonenti Bakı şəhərində 2  otaqlı mənzil, 10 abonent  1 milyon konturun sahibi olub.  Şirkətin məlumatında bildirilir ki, dekabrin 26 - da "Azercell Telekom" MMC-nin baş ofisində kampaniyanın qaliblərinə  hədiyyələrin təqdimetmə mərasimi keçirilib. Şirkətin vitse -prezidenti Ali Ağan qalibləri təbrik edərək, hədiyyələri təqdim edib.

"Sim Sim 10 il - Ailəmizin bayramı!" adlanan kampaniyası bu il noyabrın 1 - dən dekabrın 19 - dək davam edib. Kampaniyada "Azercell" şəbəkəsinə yeni qoşulan SimSim  abonentləri iştirak ediblər.

Kampaniyanın qalibi olmuş "Azercell" abonentləri:

Aydın Qeybulla - 2 otaqlı mənzil

Elmira Fəzilova -  1 milyon kontur

Aliyə Ələkbərli - 1 milyon kontur

Rahim Mustafayev - 1 milyon kontur

Elnur Əhmədov - 1 milyon kontur

Kamal Səfiyev - 1 milyon kontur

Rəhman Quliyev - 1 milyon kontur

Sultan Sultanov - 1 milyon kontur

Atlas Mahmudova - 1 milyon kontur

Mətləb Ələkbərov - 1 milyon kontur

Rəşad Məmmədov - 1 milyon kontur

Bu gün Azercell Telecom ölkəninən böyük GSM operatorudur və 3,5 mln. abonentə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti