...

Nar Mobile-ın "BəxtəvərSƏN" lotereyasının sonuncu tirajı keçirilib

Telekommunikasiya Materials 6 Fevral 2009 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend / Azərfon (Nar Mobile ticarət nişanı) tərəfindən "BəxtəvərSƏN" lotereyasının sonuncu, səkkizinci tirajı keçirilib və əsas hədiyyələr - Honda CR-V avtomobili Bakı sakini Fuad Abbasova və 50 min manatlıq pul mükafatı Lənkaran şəhər sakini Aqil Fərəcova qismət olub.

"O cümlədən, 25-31 yanvar 2009-cu il tarixlərində Dəqiqə və ya SMS şifariş edən 65 ən fəal iştirakçı Nar Mobile-dan 5 ədəd Toshiba noutbuku, 10 ədəd Nokia E71 mobil telefonu və 50 ədəd Qızıl Nar nömrələri əldə ediblər", - şirkətin məlumatında deyilir.

"BəxtəvərSən" lotereyasının ümumi uduş fondunu 8 Honda CR-V avtomobili və iki 50.000 manat məbləğində pul mükafatı təşkil edirdi. Eləcə də lotereya müddətində ən aktiv iştirakçılar 40 ədəd Toshiba noutbuku, 80 Nokia E71 mobil telefonu və 400 ədəd Qızıl Nar nömrələri əldə ediblər.

Ölkədə yeni GSM operatoru olan AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli, 001512 nömrəli lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80%-ini əhatə edir. Hal-hazırda Nar Mobile şəbəkəsindən 1 000 000-dan çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti