...

AZERCELL Bosniya və Herseqovina ilə rouminq müqaviləsi bağlayıb

Telekommunikasiya Materials 6 Fevral 2009 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend / "Azercell Telekom" MMC ilə Bosniya və Herseqovinanın "PE Croatian Telecom" operatoru arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib", - şirkətin məlumatında deyilir.

Bu, "Azercell"-in Bosniya və Herseqovina ilə ikinci rouminq müqaviləsidir. "Azercell" abonentləri hazırda Bosniya və Herseqovinanın "BH Telecom" operatorunun xidmətindən yararlanırlar.

İndiyə qədər "Azercell Telekom" MMC 69 ölkənin mobil rabitə operatorları ilə 166 GPRS/MMS rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti