...

Azərbaycan rəsmi stend ilə CeBit 2009-da iştirak edir

Telekommunikasiya Materials 3 Mart 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir S.Babayeva / Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə başda olmaqla Azərbaycanın rəsmi nümayəndə heyəti Hannoverdə (Almaniay) keçirilən dünyanın informasiya texnologiyaları sahəsində ən iri sərgilərindən biri olan CeBit 2009 sərgisində iştirak edir. Bu barədə çərşənbə axşamı dövlət idarəsindən bildiriblər.

"Nazirlik tərəfindən hazırlanan stenddə ölkənin son illər ərzində İKT sahəsində əldə etdiyi nailiyyətlər təqdim olunub. Sərgidə iştirak Azərbaycana bu sahədə əldə etdiyi uğurları nümayiş etdirmək və ölkənin sərmayə yatırmaq üçün cəlbedici və etibarlı olduğunu göstərmək imkanı verəcək, özəl şirkətlər üçün isə dünya bazarlarına çıxmaq və ölkənin ixrac potensialını artırmaq üçün əlavə imkanlar yaradacaq", - dövlət idarəsindən bildiriblər.

Azərbayücan ümumi sahəsi 48 kvadrat metr olan stend ilə çıxış edir. Stenddə əldə olunan nəticələr və nazirliyə daxil olan özəl və dövlət şirkətlərinin məhsulları nümayiş olunur. Özəl şirkətlər arasında Sinam, Ultra, RISK, Caspel, Delta Telecom, Yumroo, Silverkey, dövlət müəssisələri arasında isə Azerpocht və Rabitə Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzi var.

Sərgi çərçivəsində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Azərbaycan və Almaniyanın İT şirkətləri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçiriləcək.

Azərbaycan şirkətləri (SINAM ilk dəfə) CeBIT-də 2005-ci ildən iştirak edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti