...

"Azerfon" yeni baza stansiyaları quraşdırıb

Telekommunikasiya Materials 13 Mart 2009 15:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend /

Nəzərdə tutulmuş xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə Azərbaycanın mobil operatoru olan "Azerfon" (Nar Mobile nişanlı) ölkənin müxtəlif bölgələrində yeni baza stansiyaları istismara verib. Şirkətin məlumatında deyilir ki, beş baza stansiyası Bakıda, hərəsində iki stansiya olmaqla Abşeron, Qəbələ, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Oğuz, Şəki, Yevlax, Zaqatalada və hər rayonda bir stansiya olmaqla Ağdaş, Balakən, Daşkəsən, Füzuli, Quba, İmişli, Sumqayıt və Zərdabda quraşdırılıb.

Hazırda Nar Mobile əhalinin 90%-nin yaşadığı əraziləri əhatə edir.

Azerfon MMC (Nar Mobile ticarət markası) Azərbaycan ərazisində mobil xidmət göstərmək barədə lisenziyanı 2005-ci ilin dekabr ayında əldə edib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci il martın 21-də başlayıb. Azərbaycan ərazisinin 80%-i  Nar Mobile şəbəkəsinin əhatə dairəsindədir və abunəçilərinin sayı bir milyonu ötür. 

Xəbər lenti

Xəbər lenti