...

Nar Mobile "Bonus Mövsümü" yay kampaniyasını elan edib

Telekommunikasiya Materials 1 İyun 2009 14:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend /

1 iyun 2009 il tarixindən Azərbaycanın GSM operatoru Azerfon (ticarət nişanı Nar Mobile) öncədən ödənişli tarif planları abunəçiləri "Bonus Mövsümü" kampaniyasından yararlana bilərlər.

Aksiyanın şərtlərinə əsasən, abunəçilər balanslarını 5 AZN və ya daha artıq məbləğlə artırdıqları halda ölkə daxilində bütün istiqamətlərə 350 dəqiqəyə və 50 SMS-ə qədər pulsuz  bonuslar əldə etmək imkanını qazanmış olacaqlar.

Nar Kart

ilə ödənilən

məbləğ

Köçürmə və ya nəğd pul vəsaiti ilə ödənilən məbləğ

Bonus dəqiqələri

Bonus Sms

1

5 manat

5-dən

9.99 manata kimi

20

5

2

10 manat

10-dan

19.99 manata kimi

60

10

3

20 manat

20-dən 49.99 manata kimi

130

20

4

50 manat           

50 manat və daha çox

350

50

Abunəçi istənilən an *777#20#Yes sorğusunu yığmaqla bonusların mövcud statusunu öyrənə bilər. Nar Mobile abunəçiləri balansın artırılma üsulundan asılı olmayaraq "Bonus Mövsümü" aksiyası çərçivəsində bonuslar əldə edirlər. Hər balans artırıldıqdan sonra abunəçiyə əldə etdiyi bonuslar haqqında bildiriş mesajı göndərilir.

Balans bir neçə dəfə artırdığı halda bütün pulsuz dəqiqə və SMS-lər cəmlənir və balansa hesablanan andan 30 gün müddətində etibarlıdır.

AZERFON MMC şirkətinə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərilməsi üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli lisenziya verilib. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.

Nar Mobile şəbəkəsi Azərbaycanın 80% əhatə edir. Hazırda Nar Mobile şəbəkəsindən 1 200 000 çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti