...

Dubnada MDB ölkələrində nanotexnologiyalar üzrə innovasiya mərkəzi yaradılacaq

Telekommunikasiya Materials 7 İyul 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir H. Vəliyev /

Dekabrda Dubnada (Rusiya) MDB ölkələrində nanotexnologiyalar üzrə innovasiya mərkəzinin yaradılması barədə qərar qəbul etmək üçün təsis qurultayı keçiriləcək. Bu barədə bazar ertəsi Trend -a  Milli Elmlər Akademiyasının Fizika İnstitutunun yüksək enerji fizika laboratoriyasının müdiri Qövsət Abdinov məlumat verib.

Onun sözlərinə görə, təsis qurultayının keçirilməsi barədə qərar iyulun 1-2-də Dubnada baş tutan "MDB ölkələrində nanotexnologiyalar üzrə beynəlxalq innovasiya mərkəzinin yaradılması" təşkilati-informasiya forumunda qəbul edilib.

Mərkəzin üzvü olaraq Azərbaycan MDB ölkələri də daxil olmaqla dünyada nanotexnologiyalar sahəsində baş verən hadisələrdən xəbərdar olacaq. Abdinovun sözlərinə görə, Dubnada mərkəzə daxil olan, bütün ölkələrə çatdırılacaq resurs, məlumat  bankı yaradılacaq.

Hazırda orada çaxmaqdaşı vadisi analoqu üzrə iki mərkəzin tikintisi gedir. Birinci mərkəzin fəaliyyəti kompüter texnologiyaları ilə əlaqəli olacaq. İkinci mərkəzə isə nanotexnologiyalar sahəsində işləmək tapşırığı veriləcək. Nanotexnologiyalar üzrə Dubnadakı mərkəz koordinasiyaçı kimi çıxış edəcək. İştirakçı ölkələrin fəaliyyəti birbaşa Dubnada ekspertizadan keçəcək.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti