...

Azərbaycanın tədris müəssisələrində "Hər bir şagirdə məktəb noutbuku" layihəsi başlayıb

Telekommunikasiya Materials 25 Sentyabr 2009 14:39 (UTC +04:00)
Azərbaycanda innovasiya proqramlarının geniş yayılması məqsədilə İntel ölkənin Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəbləri üçün "Bir şagird-1 kompyuter" çərçivəsində müasir informasiya-kommunikasiya sistemlərinin (İKT) istifadəsi üzrə layihə irəli sürüb. Bu barədə İKT-nin informasiya mərkəzi bildirib.
Azərbaycanın tədris müəssisələrində "Hər bir şagirdə məktəb noutbuku" layihəsi başlayıb

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , H.Vəliyev /

Azərbaycanda innovasiya proqramlarının geniş yayılması məqsədilə İntel ölkənin Təhsil Nazirliyinin dəstəyi ilə ümumtəhsil məktəbləri üçün "Bir şagird-1 kompyuter" çərçivəsində müasir informasiya-kommunikasiya sistemlərinin (İKT) istifadəsi üzrə layihə irəli sürüb. Bu barədə İKT-nin informasiya mərkəzi bildirib.

"1 şagird-1 kompyuter" layihəsi Intel World Ahead (Dünyanın gələcəyi bu gün başlayır) ümumdünya təşəbbüsü çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın ibtidai və orta məktəblərində portativ kompyuterlərin istifadəsinin innovasiya modellərinin inkişafıdır.

Hazırda layihə çərçivəsində Avropa liseyinə 100 noutbuk verilib. Portativ kompyuterlər beşinci və altıncı sinif şagirdlərinə həm məktəbdə, həm də evdə istifadə etmək üçün verilib.

İlin sonuna kimi daha 400 portativ kompyuter Elitar gimnaziya, Avropa liseyi, həmçinin 23 və 6 nömrəli orta məktəblərə veriləcək. 2010-ci ildə məktəblilər daha dörd min noutbuk əldə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti