Azərbaycan, Bakı, 26 sentyabr /Trend capital, müxbir H.Vəliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzi (RSM) Zaqatala, Kürdəmir və Xızı rayonunda üç seysmik stansiyanın montaj işlərini başa çatdırıb. Bu barədə trend Capital-a RSM-dən bildiriblər.
İlin sonuna kimi anoloji stansiyalar Mingəçevir, Saatlı, Qazax və Lerikdə yaradılacaq.
RSM-in 2010-2011-ci illərə olan planına əsasən, daha doqquz stansiyanın yaradılması nəzərdə tutulub. Hər bir stansiyanın dəyəri 200 min dollardır. Təchizat Amerikanın Kinemetrics şirkətindən alınıb.
Hazırda seymoloji təchizat respublikanın 14 rayonunda quraşdırılıb. Baş stansiya Bakıda, Elmi şəhərcik ərazisində yerləşir. Orada real vaxt rejimində peyk vasitəsilə müntəzəm olaraq, respublikanın seysmik cəhətdən fəal nöqtələrində quraşdırılmış titrəyiş sensorlarından məlumat daxil olur.
Düzəldilmədən sonra sözü gedən sistem zəlzələnin dəqiq yeri, gücü və vaxtyı barədə məlumat verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]