...

Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının payız sessiyasının işində iştirak edəcək

Telekommunikasiya Materials 14 Oktyabr 2009 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının oktyabrın 22-dən noyabrın 13-nə kimi Berndə davam edəcək payız sessiyasının işində iştirak edəcək, bu barədə Trend - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt Rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə əsasən, onun rəhbərlik etdiyi nümayəndə heyətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dünya Bankının yerli nümayəndəliyinin, Azərbaycan Mərkəzi Bankının nümayəndələri daxil olacaq. Administrativ Şura və Poçt İstismarı Şurasının üzvü olaraq Azərbaycan hər iki qurumun müzakirələrində iştirak edəcək.

Sessiya ilə yanaşı noyabrın 9-10-da poçt maliyyə xidmətləri üzrə seminar təşkil olunacaq. Seminarda Azərbaycan nümayəndələri məruzə ilə çıxış edəcəklər. Məruzələrdə Azərbaycanda həyata keçirilən maliyyə xidmətlərinin inkişafı layihəsi, maliyyə bank xidmətlərinin göstərilməsi üçün Azərbaycanın poçt operatorunun fəaliyyətinin avtomatlaşdırılması barədə danışılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti