...

Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub

Telekommunikasiya Materials 30 Oktyabr 2009 10:44 (UTC +04:00)
Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub, bu barədə Baş nazir Kərim Məsimov cümə axşamı Astanada keçirilən "Elektron hökumət təşəbbüsləri" beynəlxalq konfransında bildirib.
Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub

Qazaxıstan, Astana, 29 oktyabr / Trend , müxbir K.Konrıova/

Qazaxıstanda əhalinin yalnız 12,5 faizi İnternetə qoşulub, bu barədə Baş nazir Kərim Məsimov cümə axşamı Astanada keçirilən "Elektron hökumət təşəbbüsləri" beynəlxalq konfransında bildirib.

"Əhalinin sonucu dəfə siyahıya alınması üzrə göstəricilərə əsasən, respublikada əhalinin yalnız 55 faizi personal kompyuterdən istifadə edir", - Məsimov bildirib.

Onun verdiyi məlumata əsasən, Qazaxıstanda hazırda əhalinin 1,2 milyon nəfəri və ya 12,5 faizi internetə qoşulub.

"Bu çox az göstəricidir", - hökumət başçısı bildirib. O hesab edir ki, məsələnin həlli yollarından biri internet xidmətlərinin ucuzlaşdırılması olmalıdır.

"Biz bu istiqamətdə inkişaf etmiş ölkələrin göstəricisinə çatmalıyıq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti