...

Azərbaycan Rabitə Nazirliyi "qaynar xətt" təşkil edib

Telekommunikasiya Materials 30 Oktyabr 2009 13:14 (UTC +04:00)
Rabitə və İnformasiya Texnoilogiyaları Nazirliyi (RİTN) əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə "qaynar xətt" təşkil edib, bu barədə Trend Capital-a RİTN-dən bildirilib.
Azərbaycan Rabitə Nazirliyi "qaynar xətt" təşkil edib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir H.Vəliyev /

Rabitə və İnformasiya Texnoilogiyaları Nazirliyi (RİTN) əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə "qaynar xətt" təşkil edib, bu barədə Trend -a RİTN-dən bildirilib.

"Qaynar xətt"in yaradılmasında əsas məqsəd poçt xidmətləri, telekommunikasiya xidmətləri, radio və televiziya xidmətlərinin istifadəsi zamanı yarana biləcək hər hansı problem və nöqsanların vaxtında aradan qaldırılmasıdır.

Müraciətlər və təkliflər bazar ertəsindən cümə gününə kimi saat 9:00-dan 18:00-a kimi 598-08-98 nömrəsi vasitəsilə qəbul olunur. Həmçinin idarənin [email protected]. elektron ünvana müraciət etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti