...

BakuTel-2009 sərgisində Nar Molile-dan Nokia N97 telefonu qazanmaq şansı əldə edin!

Telekommunikasiya Materials 3 Noyabr 2009 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 noyabr / Trend /

Nar Mobile BakuTel-2009 "Telekommunkasiya və İnformasiya Texnologiyaları" Azərbaycan Beynəlxalq sərgisində CavanNar tarif paketinin üstünlüklərini təqdim edəcək.

Sərgiyə gələnlər bu tarif paketinin üstünlükləri barədə ətraflı məlumat almaqla yanaşı, interaktiv oyunda iştirak edə bilərlər.

Maraqlı interaktiv oyunda iştirak etmək istəyən hər bir kəs təşkilatçılar tərəfindən təqdim edilən xüsusi anketi doldurmalıdırl. Sərgiyə gələnlər bu anketi dolduraraq CavanNar oyununda iştirak etmək hüququ qazanır. Sərgi dövründə aparılan yarışmalarda hər gün bir ədəd Nokia N97 telefonu, xeyli sayda müxtəlif qiymətli hədiyyələr oynanılacaq.

Qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi hər gün saat 17:00-da, noyabrın 7-də isə saat 14:00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti