...

Azərbaycanın mobil rabitə operatoru Yeni il kampaniyası keçirir

Telekommunikasiya Materials 7 Dekabr 2009 15:21 (UTC +04:00)
Azercell Telecom MMC mobil rabitə operatoru öz şəbəkə abunəçilərinə "Yeni il 2010" Yeni il aksiyasının keçirilməsi barədə elan edib, şirkətin məlumatında deyilir.
Azərbaycanın mobil rabitə operatoru Yeni il kampaniyası keçirir

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir H. Əliyev/

Azercell Telecom MMC mobil rabitə operatoru öz şəbəkə abunəçilərinə "Yeni il 2010" Yeni il aksiyasının keçirilməsi barədə elan edib, şirkətin məlumatında deyilir.

Bu gün start götürən aksiya dekabrın 31-nə kimi davam edəcək. Göstərilən müddət ərzində Azercell şəbəkəsinə qoşulan bütün yeni və nömrələrini bərpa etmiş SimSim abonentləri kampaniyanın iştirakçısı olaraq gələn iki il ərzində 15 min hədiyyə konturu və şəbəkədaxili zənglərin 2-ci dəqiqəsini pulsuz danışmaq imkanı əldə edəcəklər.

Bu üstünlüklərdən istifadə etmək üçün Azercell şəbəkə abunəçiləri kampaniyanın iştirakçıəsı olaraq 30 gün müddətində Sim kartın balansına 5 AZN və daha yüksək məbləğli danışıq kartı yükləməlidirlər.

Hədiyyə konturları yalnız respublika daxili zənglərə (rominq və qısa nömrələrə edilən zənglər istisna olmaqla) istifadə oluna bilər.

"Yeni il 2010" aksiyasının iştirakçısı olan Sim Sim abunəçiləri ilk 6 ay ərzində 300 kontur, 7-ci aydan 12-ci aya kimi 500 kontur, 13-cü aydan 18-ci aya və 19-cu aydan 24-cü aya kimi 1000 kontur əldə edəcəklər.

Aksiyanın iştirakçılarına həmçinin standart təkliflər şamil olunacaq (1000 gündüz konturu, 30 gün aktiv dövr, 1000 gecə konturu, 50 SMS, 5MB GPRS). Azercell-in standart təklifləri dəyişdirilə bilər

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti