Azərbaycan, Bakı, 6 fevral / Trend , müxbir H.Vəliyev/
Telefon şəbəkələrinin bütün istifadəçilərindən pis hava şəraiti ilə əlaqədar Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə heç bir şikayət daxil olmayıb. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov Trend -a bildirib.
Onun sözlərinə əsasən, Nazirliyin strukturunda telefon rabitə xətlərində baş verən hər hansı bir nasazlığı aradan qaldırmaq üçün yüksək hazırlıqlı işçi qrupu yaradılıb.
"Xətlərdə baş verən problemlər ən qısa zamanda aradan qaldırılır", - Əmirov bildirib.